Ölkənin ən böyük oyun festivalı dekabr ayında geri qayıdır!

novabit.news-un media tərəfdaşı olduğu Gamesummit Winter Edition 2024, 8 dekabrda Bakı İdman Sarayında
keçiriləcək və video oyunlar və cosplay həvəskarları üçün bu
qışın ən parlaq tədbirlərindən biri olacaq. Festival
iştirakçıları video oyunlar, anime, cosplay və K-pop dünyasına
baş vuraraq, kibersport turnirləri, rəqs qruplarının çıxışları
və cosplay-şousu daxil olmaqla zəngin proqramdan həzz ala
biləcəklər. Tədbirdə Azərbaycanda yaradılmış oyunlara xüsusi
diqqət yetiriləcək — bu oyunların təqdimatları keçiriləcək,
həmçinin yerli oyun sənayesinin yenilikləri ilə yaxından tanış
olmaq üçün ekspozisiya zonası təşkil olunacaq.

Bundan əlavə, oyun yaradıcıları və həvəskarlar üçün hakaton
təşkil ediləcək, burada iştirakçılar yeni oyun ideyalarını
təqdim edəcəklər. Gamesummit Azərbaycanda video oyun sahəsində
əsas tədbir kimi özünü təsdiqləyib. Belə ki, əvvəlki
tədbirdə təxminən 27 min nəfər iştirak edib və Con Newman və
oyun inkişafı üzrə ekspert Rami İsmail kimi ulduzlar çıxış
edib. Bu təcrübə Gamesummit-ə beynəlxalq əhəmiyyətli festival
statusu qazandırıb və qlobal miqyasda oyunçuların və
mütəxəssislərin diqqətini cəlb edib.

Baxmayaraq ki, qış tədbiri yayda keçirilən beynəlxalq Gamesummit
qədər böyük olmayacaq, festivalın əsas konsepsiyaları dəyişməz
qalacaq və iştirakçılara öz layihələrini təqdim etmək,
yenilikləri araşdırmaq və festivalın atmosferindən həzz almaq
imkanı yaradacaq.

Bu həyəcanverici tədbirin bir hissəsi olmaq şansını
qaçırmayın!

Biletləri rəsmi saytdan bu keçid vasitəsilə əldə edə
bilərsiniz: https://iticket.az/events/other/game-summit-2024/128866

Total
0
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts
Daha çox

Steam-ə qarşı bir qrup iddia qaldırdılar! Oyun qiymətləri ucuzlaşacaqmı?

Oyun dünyasının nəhənglərindən biri olan Valve bu dəfə ciddi problemlə üzləşib. Steam platformasında oyun satın alan milyonlarla oyunçunun iştirakı ilə qrup davası açılıb və iddialar olduqca təəccüblüdür. İddia olunur ki, Valve oyun yayımçılarına endirimlər etməyi qadağan edir və bu, oyunçuların daha yüksək qiymətə oyunları almasına səbəb olur. Bəs, dava nəticəsində oyun qiymətləri ucuzlaşacaqmı? Təfərrüatlar xəbərimizdə…