Türk dövlətləri arasında pul transferini həyata keçirən “Turan”a yeni ölkələr qoşulub

Türk dövlətləri ilə Türkiyə arasında pul köçürməsini təmin edən “Turan” tətbiqinin əhatə dairəsi yeni ölkələrin qoşulması ilə genişlənir. Vurğulanıb ki, “Turan” “Zolotoya Korona”, “Ria” və “Swiss Remit” kimi önəmli qlobal xidmət təminatçıları ilə əməkdaşlıq edərək dünyanın müxtəlif yerlərindən “Turan” hesablarına pul transferini həyata keçirə biləcək.

Türk dövlətləri ilə Türkiyə arasında pul köçürməsini təmin edən “Turan” tətbiqinin əhatə dairəsi yeni ölkələrin qoşulması ilə genişlənir.

“Report” -a istinad edərək bildiririk ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Qeyd edilib ki, “Turan” 2023-cü ildə Azərbaycanda istifadəyə verildikdən sonra Qazaxıstan, Qırğızıstan və Özbəkistanın iştirakı ilə saniyələr ərzində reallaşan pul köçürmələri tətbiqini genişləndirməyə başlayıb.

Vurğulanıb ki, “Turan” “Zolotoya Korona”, “Ria” və “Swiss Remit” kimi önəmli qlobal xidmət təminatçıları ilə əməkdaşlıq edərək dünyanın müxtəlif yerlərindən “Turan” hesablarına pul transferini həyata keçirə biləcək.

Məhsulun marketinq üzrə məsul şəxsi Taner Oğuz tətbiqin dünyadakı türk diasporunu maliyyə körpüləri ilə birləşdirdiyini söyləyib. Onun sözlərinə görə, beləliklə, Rusiya, Moldova, Tatarıstan və Afrika qitəsində yaşayan türklər asanlıqla Türkiyəyə pul transferi həyata keçirə biləcəklər.

Onun sözlərinə görə, 2024-cü il üçün Azərbaycandakı istifadəçilərə özəl plan hazırlanır: “Bununla da Türkiyə ilə Azərbaycan arasında ödənişsiz transfer imkanı yaranacaq”.

Qeyd edək ki, 2022-ci ilin may ayında qurulan maliyyə texnologiyaları şirkəti və Türkiyə Respublikası Mərkəzi Bankının nəzarəti altında fəaliyyət göstərən “Turan Teknoloji Anonim Şirketi” bütün türk dövlətlərində yaşayan istifadəçilər üçün yeni nəsil maliyyə tətbiqi olmağı hədəfləyir. “Turan” ödəniş və elektron pul fəaliyyətini lisenziyalı qurum olan “Birleşik Ödəmə” xidmətləri və Elektron PUl A.Ş-nin maliyyə xidmətləri vasitəsilə həyata keçirir.

“Turan” Azərbaycanda 2023-cü ildə 100% rəqəmsal pul köçürmə modelini tətbiq edib.

Total
0
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts
Daha çox

Azərbaycan startapı App Store reytinqində 1-ci yerə yüksəlib

Azərbaycan startapı olan SnackPack startapı App Store reytinqində "Yemək və içki" kateqoriyasında Wolt, Bolt Food kimi tətbiqləri geridə qoyaraq 1-ci sıraya yüksəlib. Qeyd edək ki, SnackPack startapı, bir sözlə desək axşam-bazarı mobil tətbiqidir, hansı ki, kafe, restoran və otellər bu tətbiq vasitəsilə axşama qədər sata bilmədikləri yeməkləri endirimlə qiymətlərlə sata bilərlər.